Bakıda əsəbi sərnişin avtobusun şüşəsini qırdı -  VİDEO
09 iyun 2021 12:16 (UTC +04:00)

Bakıda əsəbi sərnişin avtobusun şüşəsini qırdı - VİDEO

İyunun 8-də saat 18 radələrində 28 May - 9-cu Mikrorayon (Adil Məmmədov küçəsi) istiqamətində hərəkət edən 99 JS 787 dövlət qeydiyyat nişanlı 85 saylı marşrut xətti üzrə hərəkət edən "İsuzu Citiport" markalı avtobusda sərnişinlərdən biri insident törədib.

Lent.az məlumat verir ki, avtobusun Ziya Bünyadov prospekti 7A ünvanındakı dayanacaqda dayanmasından sonra orta və ya arxa qapıdan deyil, təkidlə ön qapıdan enən sərnişin sonra geri qayıdaraq nəqliyyat vasitəsinin ön şüşəsini yumruqla zərbə endirərək sındırıb.

Əlavə edək ki, xuliqanlıq əməli ilə bağlı daşıyıxı şirkət hüquq-mühafizə orqanlarına müraciət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2946
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar