Dekabrın 23-də saat 18 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində 29 yaşlı Məmmədova İlkanə Nofəl qızının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilərək, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 27 yaşlı Kərimov Elşad Şirzad oğlunun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla İlkanə Məmmədovaya xəsarət yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Elşad Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bakıda ər arvadını bıçaqlayıb öldürdü
Oxşar yazılar

30 kiloqramdan artıq narkotik belə saxlanıldı
18 avqust 2025 , 10:02
Gəncədə 4 gün əvvəl avtomobilin vurduğu piyada öldü
18 avqust 2025 , 09:56
Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurdu
18 avqust 2025 , 09:50
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək paylaşan turistlər saxlanıldı -VİDEO
18 avqust 2025 , 09:26
Astaradakı qətllə bağlı şübhəli bilinən şəxs tutuldu
18 avqust 2025 , 09:14
Bakıda şəhid məzarına hörmətsizlik edən ƏRƏBLƏR saxlanıldı - VİDEO
18 avqust 2025 , 02:36
Naxçıvanda iki maşın toqquşdu - Biri dərəyə aşdı
18 avqust 2025 , 01:54