Bakıda DƏHŞƏTLİ QƏZA: 3 nəfər yerindəcə keçindi  - YENİLƏNİB
01 iyun 2024 11:38 (UTC +04:00)

Bakıda DƏHŞƏTLİ QƏZA: 3 nəfər yerindəcə keçindi - YENİLƏNİB

Bu gün 8 radələrində paytaxtın Xəzər rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd olunub ki, “Hundai Matrix” markalı, 10-CY-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ayxan Rəsulov idarəetməni itirərək əks istiqamətli hərəkət zolağına çıxıb və hərəkətdə olan “Hyundai Santafe” markalı, 77-HF-038 dövlət qeydiyyat nişanlı, həmçinin “Daewoo” markalı, 99-MB-211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşub.

Qəza nəticəsində “Hundai Matrix” markalı avtomobilin sürücüsü A.Rəsulov, avtomobildə olan sərnişini İftixar İskəndərov və “Hundai Santafe” markalı avtomobilin sürücüsü Fərid Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.

Hazırda faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

***
Saat: 09:17 

Bakıda qəza tıxaca səbəb olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində körpünün yaxınlığında qeydə alınıb.

Qəza səbəbilə Şüvəlan qəsəbəsi istiqamətində sıxlıq yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5451
avatar

Oxşar yazılar