Bakıda törədilən dəhşətli cinayətin bəzi təfərrüatları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün Yasamal rayonu, general Məmmədşərif Həmidov küçəsi, 53 ünvanında qeydə alınıb.
Orada yaşayan Burhan Məmmədov səhər saatlarında yaşadığı evdə arvadı Xumar Məmmədovanın başını kəsərək öldürüb.
Burhan Məmmədov axşam saatlarınadək qaçaraq istintaqdan gizlənib.
O, axşam saat 22 radələrində başqa bir binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edib.
***
22:32
Bakıda dəhşətli cinayət törədilib.
Lent.az məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Məlumata görə, ər arvadının başını kəsib, daha sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.
Hadisəyə rəsmi münasibət öyrənmək mümkün olmayıb.