Bakıda  DƏHŞƏT:   əmisi oğlunu döydüyü üçün öldürdü - YENİLƏNİB
14 mart 2024 15:45 (UTC +04:00)

Bakıda DƏHŞƏT: əmisi oğlunu döydüyü üçün öldürdü - YENİLƏNİB

Bakıda törədilən qətllə bağlı bəzi detallar məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Pünhan Fərzallı hadisəni törədən Şahlar Ağayevin əmisi uşaqları ilə dalaşıb.

Pünhan tərəfindən döyülən uşaqlar əmisi oğlu Şahları köməyə çağırıblar. 

Nəticədə Şahlar Pünhanı bıçaqlayaraq qətlə yetirib. 

Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir. 

***

saat 15:05

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, martın 14-ü, saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində 32 yaşlı Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 24 yaşlı Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahlar Ağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

# 4449
avatar

Fidan İlqar

Oxşar yazılar