Bakıda dəhşətli cinayət törədilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb.
Yardımlı rayon sakini, 20 yaşlı Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 40 yaşlı Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, boynunu sındıraraq öldürüb.
O, sonra anasının tanışı 39 yaşlı Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib.
Həmin şəxs saxlanılıb və prokurorluğa təhvil verilib.