Bakıda ana həbsdə olan oğluna heroin apardı - FOTO
16 avqust 2021 10:55 (UTC +04:00)

Bakıda ana həbsdə olan oğluna heroin apardı - FOTO

17 saylı cəzaçəkmə müəssisəsinə və Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Amir Tağı oğlu Məmmədovla qısamüddətli görüşə gəlmiş anası Şuşa şəhər sakini Nərminə Mustafa qızı Fətəliyeva tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilib. Bu zaman əl çantasının içərisində 1 ədəd “Fly” markalı mobil telefon aparatı aşkar edilib.

Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Hüseyn Vəlixan oğlu Vəliyevə anası Hacıqabul rayon sakini Sevilə Ələm qızı Vəliyeva tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman isə orada olan 5 ədəd konfetin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0,538 qram olan narkotik maddə - heroin aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692
avatar

Mehman Nəbiyev

Oxşar yazılar