Bakıda ağır  yol qəzası:  4 nəfər...
28 may 2021 14:37 (UTC +04:00)

Bakıda ağır yol qəzası: 4 nəfər...

Bakıda ağır yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

“Toyata Prius” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. İki nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Yaralılar xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971
avatar

Oxşar yazılar