Bakıda  AĞIR QƏZA:   Ölən və yaralananlar var - YENİLƏNİB  - ADLAR
25 fevral 2023 00:41 (UTC +04:00)

Bakıda AĞIR QƏZA: Ölən və yaralananlar var - YENİLƏNİB - ADLAR

Bakıda baş verən ağır qəzada 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, xəsarət alanlar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Həmin şəxslərin adları aşağıdakı kimidir:

Əliyev Mürsəl İsmayıl oğlu (2002);

Aslanov Qismət Eyyub oğlu (1956);

Atakişiyev Nəsib Nəsib oğlu (1981);

Məmmədova Ofeliya İsmayıl qızı (2002);

Əlizadə Nicat Ramil oğlu (2001);

Əliyev Orxan İqbal oğlu.

Qəza nəticəsində ölən şəxs isə Yusifli Yusifdir.

***

24.02.2023

Saat 22:41

Bugun saat 22:00 radələrində paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib

Lent.az xəbər verir ki, bu barədə DİN-in Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.

Hadisə nəticəsində ilkin məlumata görə 1 nəfər dünyasını dəyişib 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

# 4290
avatar

Oxşar yazılar