Bakının Yasamal rayonu ərazisində qəza baş verib.
APA xəbər verir ki, hadisə Akim Abbasov küçəsi və Həsən bəy Zərdəbi prospektlərinin kəsişməsində qeydə alınıb.
Belə ki, "Changan" markalı avtomobillə "Lexus" markalı avtomobil toqquşub.
Qəzanın təsirindən "Changan" markalı avtomobil aşıb.
Hadisə nəticəsində sürücülər yüngül xəsərət alıb.
Faktla bağlı araşdırma aparılır.