Bakıda 72 yaşlı qadın YOXA ÇIXDI - FOTO
22 aprel 2024 14:24 (UTC +04:00)

Bakıda 72 yaşlı qadın YOXA ÇIXDI - FOTO

Bakının Sabunçu rayonunda 72 yaşlı qadın itkin düşüb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydiyyatda olan 1952-ci il təvəllüdlü Danilova Nadejda Alekssandrovna yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Həmin şəxsdən bu günə qədər heç bir xəbər əldə etmək mümkün olmayıb.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinin 012-590-22-42, 425-02-02 şəhər və 055-207-08-88 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

# 1707
avatar

Fidan İlqar

Oxşar yazılar