Bakının Xətai rayonunda dava zamanı bir nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsi ərazisində baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü Babayev Rəşad İlham oğlu naməlum şəraitdə küt alətlə döyülüb.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.