Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb ediliblər.
Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Hazırda batdığı ehtimal olunan 27 yaşlı Qurbanov Kənan Vaqif oğlunun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək
***
12:57
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.
Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.