Bakıda 16 yaşlı oğlan YOXA ÇIXDI
19 avqust 2022 10:52 (UTC +04:00)

Bakıda 16 yaşlı oğlan YOXA ÇIXDI

Bakıda yeniyetmə itkin düşüb.

Lent.az xəbər verir ki, hadisə avqustun 17-i axşam saaat 19 radələrində Nizami rayonu Keşlə qəsəbəsi, N. Abdullayev küçəsində baş verib. Burada yaşayan 16 yaşlı Hüseynov Elşad Həbib oğlu evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.

# 1698
avatar

Mehman Nəbiyev

Oxşar yazılar