Bakıda 11 yaşlı qız vanna otağında öldü
09 dekabr 2023 21:14 (UTC +04:00)

Bakıda 11 yaşlı qız vanna otağında öldü

Bakının Sabunçu rayonunda evdən 11 yaşlı uşağın meyiti tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

2012-ci il təvəllüdlü Əliyeva Dəniz Rasim qızı yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.

Uşağın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Ölümün dəqiq hansı şəraitdə baş verdiyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4431
avatar

Oxşar yazılar