Bakı metrosunda ölən şəxsin kimliyi bilindi - YENİLƏNİB
10 yanvar 2023 11:25 (UTC +04:00)

Bakı metrosunda ölən şəxsin kimliyi bilindi - YENİLƏNİB

"20 Yanvar" metrostansiyasında ölən sərnişinin kimliyi bilinib.

"Bakı Metropoliteni" QSC-dən Lent.az-a verilən məlumata görə, 58 yaşlı Xəqani Hüseynovdur.

***
Saat 08:42

"20 Yanvar" stansiyasında təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 7:45-də qatardan düşürülüb.

Lent.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayaıb.

Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin bu dəqiqələrdə dünyasını dəyişib.

# 4578
avatar

Oxşar yazılar