Azyaşlı su kanalına düşdü
30 noyabr 2021 18:48 (UTC +04:00)

Azyaşlı su kanalına düşdü

Sabirabadda azyaşlı su kanalına düşüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Dadaşbəyli kəndində qeydə alınıb.

Belə ki, valideyn nəzarətindən yayınan 2 yaşlı Hacılı Onur Orxan oğlu su kanalına düşüb. Uşaq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 16704
avatar

Oxşar yazılar