Polşada azərbaycanlı bədbəxt hadisənin qurbanı olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə paytaxt Varşavanın Okeice ərazisində yerləşən Şopen hava limanında baş verib. Biznes salonunun yaxınlığında 31 yaşlı Azərbaycan vətəndaşı pilləkənlərdən yıxılaraq, ölüb.
Şahidlər bildiriblər ki, həmin şəxs platformaya çıxaraq, bel çantasını yerə qoyub və pilləkəndən yıxılıb.
Araşdırma aparılır.