Rusiyanın İvanovo vilayətində Azərbaycan vətəndaşı azyaşlıya cinsi təcavüz edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə oktyabrın 29-da baş verib. Azərbaycan vətəndaşı 12 yaşlı məktəblini zorlayıb. O, bir neçə gün sonra saxlanılıb.
Onun barəsində azyaşlıya qarşı cinsi zorakılıq maddəsi ilə cinayət işi açılıb. Zərərçəkən uşağın vəziyyəti və hadisənin digər təfərrüatları barədə təfərrüatlar verilməyib.