Azərbaycanlı həmyerlilərinə görə külli miqdarda cərimələndi
07 dekabr 2024 09:25 (UTC +04:00)

Azərbaycanlı həmyerlilərinə görə külli miqdarda cərimələndi

Məhkəmə Rusiya vətəndaşlığı ilə Novosibirsk vilayətinin Berdsk şəhərində yaşayan azərbaycanlını əcnəbiləri qanunsuz qeydiyyata saldığına görə 50 min rubl məbləğində cərimələyib.

Lent.az yerli mediaya istinadla bildirir ki, həmin şəxs həmyerlilərini öz evində qeydiyyata salıb.

Onun bu ilin aprelin 1-dən mayın 21-dək Berdsk Çoxfunksiyalı Mərkəz vasitəsilə öz evində 31 nəfəri qeydiyyata aldığı məlum olub. Bundan sonra xarici vətəndaşların qeydiyyatı haqqında məlumat Rusiya Daxili İşlər Nazirliyinin Berdsk üzrə Departamentinin miqrasiya şöbəsinə göndərilib və miqrasiya qeydiyyatı üçün dövlət informasiya sisteminə daxil edilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayəti törətməkdə təqsirli olduğunu tam etiraf edib. O, məhkəməsiz hökm çıxarılması üçün vəsatət qaldırıb. Dövlət ittihamçısı vəsatətə etiraz etməyib.

Məhkəmə işin bütün hallarını nəzərə alaraq təqsirləndirilən şəxsə ən aşağı həddən aşağı cərimə kəsilməsini mümkün hesab edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1839

Oxşar yazılar