Azərbaycanlı biznesmenlərdən rüşvət alan polislər  saxlanıldı
10 iyul 2025 13:20 (UTC +04:00)

Azərbaycanlı biznesmenlərdən rüşvət alan polislər saxlanıldı

Azərbaycanlılardan rüşvət alan polislərə cinayət işi açılıb.

Lent.az xəbər verir ki, istintaqın məlumatına görə, azərbaycanlı sahibkarlar Vsevolojsk rayonu polis əməkdaşlarına himayədarlıq müqabilində 154 min rubl pul veriblər. Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi tərəfindən rüşvət vermədə vasitəçilik maddəsi üzrə cinayət işi açılıb.

Şübhəlilər arasında Leninqrad vilayətinin Vsevolojsk rayonu üzrə 87-ci, 88-ci, 97-ci və 128-ci polis şöbələrinin əməkdaşları var. Hazırda onların yaşadıqları və işlədikləri ünvanlarda axtarışlar aparılır.

Bundan sonra onlar İstintaq Komitəsində dindiriləcəklər.

***

Daxili Təhlükəsizlik İdarəsi və xüsusi təyinatlılar Rusiyanın Sankt-Peterburq şəhərinin Vsevolojsk rayonunda dörd polis şöbəsində axtarış aparıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu idarələrin rəisləri Azərbaycandan olan iş adamlarından rüşvət almaqda şübhəli bilinirlər. Sahibkarlar 2023-cü ildən bəri qaçaqmal içki və siqaret satır, həmçinin immiqrasiya qanunlarını qəsdən pozan əcnəbiləri işə götürürmüş.

Sahibkarlar potensial yoxlamalardan yayınmaq üçün əvvəlcədən rüşvət veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11276

Oxşar yazılar