Azərbaycanlı 2 milyonluq qızılla  aeroportda tutuldu
16 noyabr 2024 11:05 (UTC +04:00)

Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu

Rusiyanın Moskva şəhərində yerləşən Şeremetyevo hava limanında azərbaycanlı qaçaqmalçılığa görə saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, İstanbuldan özü ilə 2,6 milyon rubl (təxminən 44 min 200 manat) dəyərində qızıl-zinət əşyaları gətirib.

Onun üzərindəki qızılları metal detector aşkar edib. Turist gömrükçülərə cibində yalnız siqaret və alışqan olduğunu deyib.

Onun üzərini axtarıblar və 93 ədəd qızıl-zinət əşyaları - üzüklər, sırğalar, kulonlar aşkar ediblər. Qızıllar sintetik brilyant əlavələrlə 585 karat qızıldan hazırlanıb. Bütün qızıllar gömrük əməkdaşları tərəfindən müsadirə olunub.

Strateji əhəmiyyətli malların qaçaqmalçılığı ilə bağlı cinayət işi açılıb. Turisti beş ilə qədər həbs və ya bir milyon rubla (təxminən 17 min manat) qədər cərimə gözləyir, deyə hava limanının gömrük xidməti məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4008
avatar

Oxşar yazılar