Sərhədi pozan əcnəbilər
06 dekabr 2022 15:08 (UTC +04:00)

Sərhədi pozan əcnəbilər

Azərbaycandan qaçan şri-lankalılar saxlanıldı

Şri-Lanka vətəndaşları Azərbaycan-Rusiya sərhədini pozublar.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, dekabrn 4-də saat 3:30-da Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 10 Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycandan Rusiya istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin sentyabr, oktyabr və noyabr ayları ərzində qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 100 nəfər saxtalaşdırılmış pasport, viza və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərərkən, 160 nəfər isə dövlət sərhədini pozduqlarına görə saxlanılıb.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 1689
avatar

Oxşar yazılar