Azərbaycanda tibb işçiləri arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  - YENİLƏNİB
09 avqust 2022 15:27 (UTC +04:00)

Azərbaycanda tibb işçiləri arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib. 

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir. 

Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir.  Zəhərlənmənin səbəbi araşdırılır.

***

14:30

Ağdam Mərkəzi Rayon Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində - Poliklinika şöbəsində dezinfeksiya işlərinin aparılması olub. İlkin məlumata görə, Poliklinika şöbəsində çalışan 10 nəfər dezinfeksiya tədbirləri zamanı istifadə olunan maddədən zəhərlənib. Onlar hazırda xəstəxanada müalicə olunur. 

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarının xəstəxanaya gəldikləri, araşdırma apardıqları bildirilir.

# 5115
avatar

Oxşar yazılar