Azərbaycanda ŞOK:  məktəbli cinsi zorakılığa məruz qaldı, saxlanılanlar var
09 aprel 2025 12:07 (UTC +04:00)

Azərbaycanda ŞOK: məktəbli cinsi zorakılığa məruz qaldı, saxlanılanlar var

0

Yardımlı rayonunda məktəbliyə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı baş verib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dörd nəfər həbs edilib.

Həmçinin azyaşlının anasına CM-nin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır:

"Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Lent.az-a hadisəni təsdiqləyərək bildirilib ki, faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Hadisənin təfərrüatları açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3144

Oxşar yazılar