Azərbaycanda şagird  şagirdi bıçaqladı  - YENİLƏNİB
11 dekabr 2023 20:46 (UTC +04:00)

Azərbaycanda şagird şagirdi bıçaqladı - YENİLƏNİB

Bu gün saat 18 radələrində Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Ü.Ş. aralarında yaranmış mübahisə zəminində tanışı, 2010-cu il təvəllüdlü Ş.A-ya bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, sonuncu aldığı xəsarətlərdən Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

***

Saat 19:54

Şirvanda məktəbli digər məktəblini bıçaqlayıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, Şirvan sakini, 13 yaşlı  Allahverdizadə Şakir Həsənxan oğlu sol budunun kəsilmiş-deşilmiş yaraları ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Onun Ümid adlı 9-cu sinif şagirdinin bıçaqla vurulduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

# 3258
avatar

Oxşar yazılar