Azərbaycanda rüşvət alan sabiq məmur HƏBS EDİLDİ
29 fevral 2024 11:54 (UTC +04:00)

Azərbaycanda rüşvət alan sabiq məmur HƏBS EDİLDİ

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Yevlax rayon qeydiyyat şöbəsinin sabiq rəisi Elşən Quliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, istintaq zamanı Elşən Quliyevin qeyd edilən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərə ad və soyadı dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində ümumilikdə 4 min manat pul vəsaitini rüşvət qismində almasına, habelə həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumları tərəfindən ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi müqabilində 8 min manat pul almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Elşən Quliyev şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə ittiham elan edilməklə, barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

# 4761
avatar

Oxşar yazılar

Lənkəranda yenidən  zəlzələ   oldu

Lənkəranda yenidən zəlzələ oldu

11 may 2024 , 20:31
Azərbaycanda güclü zəlzələ  oldu - YENİLƏNİB

Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNİB

11 may 2024 , 19:05
Fəhlə 23-cü mərtəbədən  yıxılıb öldü

Fəhlə 23-cü mərtəbədən yıxılıb öldü

11 may 2024 , 18:53
Rusiya 5 nəfəri Azərbaycana təhvil verdi

Rusiya 5 nəfəri Azərbaycana təhvil verdi

11 may 2024 , 18:28
Bakıda müğənni  uşaqları maşınla vurdu

Bakıda müğənni uşaqları maşınla vurdu

11 may 2024 , 17:56
Dələduzlar professoru da  bu üsulla aldatdılar

Dələduzlar professoru da bu üsulla aldatdılar

11 may 2024 , 17:44
Axtarışda olan rəis müavini  aeroportda saxlanıldı

Axtarışda olan rəis müavini aeroportda saxlanıldı

11 may 2024 , 16:21
Sumqayıtda gənc qızı maşın vurub öldürdü

Sumqayıtda gənc qızı maşın vurub öldürdü

11 may 2024 , 15:32