Azərbaycanda ruhi xəstə özünü su kanalına atdı
11 fevral 2022 15:47 (UTC +04:00)

Azərbaycanda ruhi xəstə özünü su kanalına atdı

Saatlıda intihara cəhd hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb. Saatlı şəhər sakini 49 yaşlı Tahirə Nuru qızı Şirinova özünü su kanalına atıb.

Hadisə yerindəki şəxslər onu dərhal sudan çıxararaq xəstəxanaya yerləşdiriblər. İlkin məlumata görə, o, ruhi-əsəb xəstəsidir.

Faktla bağlı araşdırma aparılır.

# 1650
avatar

Mehman Nəbiyev

Oxşar yazılar