Azərbaycanda polis BIÇAQLANDI:  həbs edilən var
29 noyabr 2021 10:35 (UTC +04:00)

Azərbaycanda polis BIÇAQLANDI: həbs edilən var

Şirvanda polisə qarşı xuliqanlıq edən saxlanılıb.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov məlumat verib.

O bildirib ki, qeyd edilən hadisə noyabr ayının 26-da baş verib: “Xuliqanlıq hərəkətləri edən Xəqani Əliyev hadisə zamanı polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq -  Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi açılıb. Şirvan Şəhər Məhkəməsinin qərarı ilə X.Əliyev barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib, cinayət işi üzrə araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Şirvan şəhər Mənzil Kommunal İstismar Sahəsinin (“JEK”) rəisi Etibar Nəcəfovun iş otağında Xəqani Əliyev Şirvan şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı 1985-ci il təvəllüdlü Emin Budaqovun əlindən bıçaqla vuraraq xəsarət yetirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 24688

Oxşar yazılar

Ata traktorla qızını əzib öldürdü

Ata traktorla qızını əzib öldürdü

21 may 2025 , 18:07
Səkkizinci mərtəbədən yıxılan uşaq sağ qaldı

Səkkizinci mərtəbədən yıxılan uşaq sağ qaldı

21 may 2025 , 17:11
İki santimetrə görə  evinə kompensasiya vermədilər

İki santimetrə görə evinə kompensasiya vermədilər

21 may 2025 , 16:57
Azərbaycanda qadınları fotoları ilə  şantaj edən  TUTULDU

Azərbaycanda qadınları fotoları ilə şantaj edən TUTULDU

21 may 2025 , 16:21
DTX-nın tutduğu hərbçiyə HÖKM OXUNDU

DTX-nın tutduğu hərbçiyə HÖKM OXUNDU

21 may 2025 , 15:18
Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı

Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı

21 may 2025 , 12:20
Məhkəmədən Azər Qasımlı ilə bağlı YENİ QƏRAR

Məhkəmədən Azər Qasımlı ilə bağlı YENİ QƏRAR

21 may 2025 , 12:07
Bakıda toy zamanı  restoran alovlandı - VİDEO

Bakıda toy zamanı restoran alovlandı - VİDEO

21 may 2025 , 11:54