Azərbaycanda İran casuslarına qarşı ƏMƏLİYYAT:  saxlanılanlar var - YENİLƏNİB
15 sentyabr 2023 17:10 (UTC +04:00)

Azərbaycanda İran casuslarına qarşı ƏMƏLİYYAT: saxlanılanlar var - YENİLƏNİB

Azərbaycanda casus şəbəkəsinə qarşı keçirilən əməliyyatlarda saxlanılanların bir neçəsinin kimliyi bilinib.

Lent.az "MOUZE" teleqram kanalına istinadla onlardan bəzilərinin ad və soyadını təqdim edir:
   
Ağsu rayon sakinləri, Vüqar Cəlal oğlu Məmmədov, Vüqar Rafiq oğlu Məmmədov, Bərdə rayon sakini, Cəlal Qurbanov, Göyçay rayon sakinləri, Nurlan Musayev, Asif Hüseynov və "Maide.az" saytının redaktoru: Qədir Məmmədov.

Lent.az-ın əldə etdiyi məlumata görə, adı çəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.

***
Saat: 16:45

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı yeni əməliyyatlar keçirilib.

Lent.az bu barədə "MOUZE" teleqram kanalına istinadla xəbər verir. Kanalın yaydığı məlumata görə, əməliyyatlar nəticəsində xeyli sayda İran agenti saxlanılıb.

Saxlanılanlar barədə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6288

Oxşar yazılar