Azərbaycanda iftar məclisində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  - YENİLƏNİB
19 aprel 2022 11:00 (UTC +04:00)

Azərbaycanda iftar məclisində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

Ötən gün Göyçay şəhəri, Nizami Gəncəvi küçəsindəki “Zeynəb” restoranında iftar süfrəsində baş vermiş kütləvi zəhərlənmə ilə bağlı Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) tərəfindən araşdırmalara başlanılıb.  

Bu barədə Lent.az-a AQTA-dan bildirilib.

Qurumdan verilən məlumata görə, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri tərəfindən araşdırma aparılır. 

***

saat 09:09

Göyçayda kütləvi zəhərlənmə olub.

Lent.az-ın məlumatına görə, hadisə aprelin 18-i Göyçay şəhəri, Nizami Gəncəvi küçəsindəki “Zeynəb” restoranında qeydə alınıb. Oradakı iftar süfrəsində iştirak edən 10 nəfər məclisdən sonra özlərini pis hiss ediblər. Onların hər biri bu gecə saat 1 radələrində rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, zərərçəkmişlərin pomidordan zəhərləndikləri bildirilir.

Onların hər biri xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9237
avatar

Mehman Nəbiyev

Oxşar yazılar