Azərbaycanda həbsxanaya poçtla "patı"  göndərdilər - FOTO
12 noyabr 2021 10:23 (UTC +04:00)

Azərbaycanda həbsxanaya poçtla "patı" göndərdilər - FOTO

Həbsxanaya və 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 32.5; 206.3.2; 234.4.1; 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Qobustan Həbsxanasında cəza çəkən məhkum Vüqar Müzəffər oğlu Məmmədova vətəndaş Fərid Xalid oğlu Məmmədov tərəfindən poçt vasitəsilə göndərilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan 4 ədəd qəndin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0,361 qram olan psixotrop maddə - metamfetamin (patı) və ümumi çəkisi 0,653 qram olan narkotik maddə - heroin aşkar edilib.

Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Emil Zakir oğlu Şükürova qohumu Abşeron rayon sakini Əli Hüseyn oğlu Abbasov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan gödəkçənin astar hissəsində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə 1,891 qram çətənə bitkisinin toxumları aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2735

Oxşar yazılar

FTX azərbaycanlını casus adı ilə  belə həbs etdi - VİDEO

FTX azərbaycanlını casus adı ilə belə həbs etdi - VİDEO

21 avqust 2025 , 17:40
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

21 avqust 2025 , 16:31
Ağdamda gənc qadın itkin düşdü - FOTO

Ağdamda gənc qadın itkin düşdü - FOTO

21 avqust 2025 , 15:51
Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

21 avqust 2025 , 15:23
Ana qızının toyunda  infarktdan öldü

Ana qızının toyunda infarktdan öldü

21 avqust 2025 , 13:19
Müayinəyə gələn hamilə   xəstəxanada öldü

Müayinəyə gələn hamilə xəstəxanada öldü

21 avqust 2025 , 11:42
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ

Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ

21 avqust 2025 , 11:07
Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

21 avqust 2025 , 10:35