Azərbaycanda güclü zəlzələ olub, afterşoklar davam edir - YENİLƏNİB
07 dekabr 2023 10:25 (UTC +04:00)

Azərbaycanda güclü zəlzələ olub, afterşoklar davam edir - YENİLƏNİB

Bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Lent.az-a AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Belə ki, zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub.

Zəlzələ ocağının dərinliyi 70-km-dir.

 

 

***

09:46

Hazırda zəif afterşoklar qeydə alınır.

Bu barədə Lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

***

saat 08:39

 

Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib.

Bu barədə Lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.

Zəlzələ ocağının dərinliyi 68 km-dir.

***

Xəzər dənizində 5.6 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub.

Bu barədə Lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

***

saat 08.18

Azərbaycanda  zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a bildirib ki, ilkin məlumata əsasən Azərbaycan ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 51579
avatar

Oxşar yazılar