Azərbaycanda göldə batan gəncin meyiti tapıldı - FOTO  - YENİLƏNİB
04 may 2021 20:14 (UTC +04:00)

Azərbaycanda göldə batan gəncin meyiti tapıldı - FOTO - YENİLƏNİB

İsmayıllı rayonunda dostları ilə göldə çimərkən batan oğlanın meyiti tapılıb. 

APA-nın yerli bürosunun xəbərinə görə rayonun Topçu kənd sakini, 1993-cü il təvəllüdlü Zərbəliyev Həzi Hamlet oğlunun meyiti bu gün axşam saatlarında FHN-in dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılaraq ailəsinə təhvil verilib. 

 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

18:49

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Topçu kənd sakini, 28 yaşlı Zərbəliyev Həzi Hamlet oğlu bu gün axşam saatlarında göldə çimərkən ehtiyatsızlıq edib və suda batıb. Hazırda onun meyitinin tapılması üçün iş aparılır.

Həzi Zərbəliyevin bir ay öncə ailə həyatı qurduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2913
avatar

Oxşar yazılar