Azərbaycanda "falçı" yeniyetmə 100 min manat qazandı -  VİDEO
29 oktyabr 2021 16:33 (UTC +04:00)

Azərbaycanda "falçı" yeniyetmə 100 min manat qazandı - VİDEO

Vətəndaşların bank kartlarındakı məlumatları ələ keçirərək onların hesablarından oğurluq edən virtual məkanda özünü “Arsenics” kimi təqdim edən kibercinayətkar saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, paytaxt sakini, yetkinlik yaşına çatmadığına görə şərti adı Əlizamin İslamov olan şəxs müxtəlif kibercinayətkarlıq üsullarından istifadə edərək “Instagram” sosial şəbəkəsində “baxıcı_falcı_arzu” adlı saxta səhifə yaradıb.

O, guya İnternet üzərindən falçılıq xidmətləri təklif etməklə müraciət edən vətəndaşlara ödənişin onlayn qaydada olduğunu bildirib. Əlizamin İslamov səhifəyə müraciət edən şəxslərə müxtəlif bank və ödəniş saytlarının rəsmi prototiplərinə uyğun özünün hazırladığı saxta nümunələri təqdim etməklə zərərçəkənlərin kart məlumatlarını ələ keçirib. Araşdırma zamanı müəyyən edilib ki, adıçəkilən şəxs fəaliyyət göstərdiyi 5 ay ərzində ona müraciət edən 300-ə yaxın vətəndaşa məxsus kart məlumatlarını ələ keçirərək həmin hesablardan vəsaitləri açdığı elektron pul kisələrinə köçürüb. Sonra şəxsi məqsədləri üçün həmin vəsaitlərlə onlayn alış-veriş edərək pulları nağdlaşdırıb. Əlizamin İslamov bu müddət ərzində vətəndaşların hesablarından 100 min manata yaxın pulu çıxararaq xüsusi proqramlar vasitə ilə ələ keçirib. Bundan əlavə Əlizamin İslamov öz qanunsuz əməllərinin miqyasını genişləndirmək, daha çox pul vəsaiti ələ keçirmək və virtual mütəşəkkil cinayətkar dəstə yaratmaq məqsədi ilə “Telegram” ani mesajlaşma tətbiqində özünə məxsus kanal yaradıb. Orada həmin şəxs kart məlumatlarını ələ keçirmək üçün kibercinayət üsulları barədə kanalın izləyicilərinə müxtəlif onlayn təlimlər keçib.

Saxlanıldıqdan sonra onun yaşadığı mənzilə baxış zamanı iş üzrə xüsusi əhəmiyyət kəsb edən elektron məlumatlar, istifadəsində olan mobil telefonlar, həmçinin digər məlumat daşıyıcılarından vətəndaşlara onlayn yolla göndərdiyi mesajlar və digər sübutlar aşkar olunaraq götürülüb. Saxlanılan şəxs təkzibedilməz faktlar və sübutlar qarşısında törətdiyi əməlləri etiraf edib. Qeyd olunan xüsusatların tam, hərtərəfli araşdırılması istiqamətində əməliyyat-texniki və əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, şəxsi anket və bank kartlarındakı məlumatları heç bir halda tanmadıqları şəxslərə göndərməsinlər. Bu cür hallarla üzləşdikləri təqdirdə isə dərhal polis əməkdaşlarına, həmçinin Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat versinlər.
 

Kibercinayətkarlıqla məşğul olan yeniyetmə saxlanıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5064
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45