Azərbaycanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  - YENİLƏNİB
16 oktyabr 2024 12:02 (UTC +04:00)

Azərbaycanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

14 -15 oktyabr 2024-cü il tarixlərində müxtəlif saatlarda ümumilikdə 21 nəfər olmaqla zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb.

***
10:18

Oktyabrın 15-də 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Lent.az-a Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki  qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

***
09:33

Tovuzda kütləvi zəhərlənmə olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Qovlar kəndindəki dönərxanalardan birində baş verib.

Şəhər sakinləri 23 yaşlı Lamiyə Elşad qızı Məmmədova, 29 yaşlı Maarif Arif oğlu Məmmədov, 40 yaşlı Coşqun Ağaverdi oğlu Nəsibov, 2 yaşlı Tunar Ağaverdi oğlu Əhmədov, 3 yaşlı Milay Elvin qızı Quliyeva, 29 yaşlı Nərmin Nizami qızı Quliyeva, İbrahimhacılı kənd sakinləri 44 yaşlı Aqil Dilqəm oğlu Alıyev, 9 yaşlı Eldar Vüsal oğlu Hüseynov, qardaşı 12 yaşlı Xəyal, 58 yaşlı Gülnarə Həsən qızı Səfərova, 38 yaşlı Aqil Cəmaləddin oğlu Səfərov, Köhnəqala kənd sakini 13 yaşlı Rahib İlqar oğlu Ələsgərli, 11 yaşlı Fərid Tahir oğlu Mirzəyev, 13 yaşlı Emil Tahir oğlu Mirzəyev, Alakol kənd sakini 38 yaşlı Turanə Yolçu qızı Mirzəyeva, Əyyublu kənd sakini 39 yaşlı Nail Mehdi oğlu Qasımov, Gəncə şəhər sakinləri 17 yaşlı Xəyalə Ağasəf qızı Sadıqova və 22 yaşlı Nərminə Arif qızı Məmmədova olmaqla ümumilikdə 18 nəfər qidadan (dönər) zəhərləniblər.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5973
avatar

Oxşar yazılar