Hökumət müəssisələrini hədəf alan kiberhücumlar sürətlə artır - XƏBƏRDARLIQ
04 noyabr 2024 22:17 (UTC +04:00)

Hökumət müəssisələrini hədəf alan kiberhücumlar sürətlə artır - XƏBƏRDARLIQ

Dünyada hökumət müəssisələrini hədəf alan kiberhücumlarda qorxulu artım müşahidə olunur.

Lent.az xəbər verir ki, “SonicWall” tərəfindən dərc edilən hesabata görə, 2024-cü ilin birinci rübündə dövlət müəssisələrinə qarşı zərərli proqram hücumlarında əvvəlki illə müqayisədə 236 faiz artım müşahidə olunub.

Bu, rəqəmsallaşan dünyada hökumətlərin kibertəhlükəsizlik təhdidlərinə qarşı daha həssas olduğunu göstərir.

Xüsusilə seçki dövrlərində kiberhücumlar artır. ABŞ-da seçkilərə bir ay qalmış hücumlarda 27 faiz artım olması bu təhlükənin ciddiliyindən xəbər verir.

Sistem yüklənməsi lə müşahidə olunan hücumlar da əvvəlki illə müqayisədə 32 faiz artıb. “SonicWall” bildirir ki, təkcə bu il 12,9 milyon IP kamera hücumunu bloklayıb.

Hökumətlər, digər qurumlar kimi, rəqəmsal xidmətlərdən və onlayn sistemlərdən getdikcə daha çox asılı vəziyyətə düşür.

Bu vəziyyət kiber hücumçular üçün yeni imkanlar yaradır. Kritik hökumət xidmətləri və seçki ilə bağlı sistemlər kiberhücumların əsas hədəfləri arasındadır.

ABŞ seçkiləri İran, Rusiya və Çin kimi ölkələrin kiber hücumlarının hədəfinə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2415
avatar

Oxşar yazılar