Azərbaycanda dəhşətli cinayət: Yatdığı yerdə...  - VİDEO
20 iyul 2022 19:13 (UTC +04:00)

Azərbaycanda dəhşətli cinayət: Yatdığı yerdə... - VİDEO

Qazaxda ailədaxili münaqişə baltalanma ilə nəticələnib.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, Qarapapaq kənd sakini 41 yaşlı Eldəniz Xasməmmədov keçmiş həyat yoldaşı, 40 yaşlı İlhamə Xasməmmədovaya balta ilə ağır bədən xəsarətləri yetirib. Yaxınlarının sözlərinə görə, Eldəniz keçimş həyat yoldaşını yatdığı zaman vurub. Onlar bir müddət əvvəl boşansalar da, məhkəmə qadına həmin evdə yaşamaq hüququ verib.

Ağır xəsarətlər alan qadın Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkim Gülər Vəkilova deyir ki, xəstə daxil olarkən ağır vəziyyətdə idi: “Huşsuzdur, bədəni ağır travma almışdır. Xəstəyə intensiv terapiya fonunda reanimasiyon tədbirlər aparıldı və xəstənin vəziyyəti hal-hazırda ağır olaraq stabil qalır. Xəstənin yuxarı ətraflarında və başında kəsilmiş, yaralar aşkar olundu”.

İlhamə Xasməmmədovaya baltayla ağır xəsarətlər yetirməkdə şübhəli bilinən Eldəniz Xasməmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Eldəniz Xasməmmədov rayondakı kafelərdən birində ofisiant işləyirmiş.

# 2991
avatar

Oxşar yazılar

Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var  - FOTO

Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var - FOTO

2 may 2024 , 03:30
Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

2 may 2024 , 02:22
NAXÇIVANDA DƏHŞƏT:   Ocaq qalamaq istədi, yandı

NAXÇIVANDA DƏHŞƏT: Ocaq qalamaq istədi, yandı

1 may 2024 , 23:10
“Gənclik”də sərnişin qatar yoluna düşüb

“Gənclik”də sərnişin qatar yoluna düşüb

1 may 2024 , 22:46
Göyçayda gənc qız özünü asdı

Göyçayda gənc qız özünü asdı

1 may 2024 , 20:46
Polis iş yerində özünü öldürdü

Polis iş yerində özünü öldürdü

1 may 2024 , 19:37
Azyaşlı  binadan yıxılıb   öldü

Azyaşlı binadan yıxılıb öldü

1 may 2024 , 18:45
Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR  -VİDEO

Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR -VİDEO

1 may 2024 , 16:50