Astarada yeniyetmə intihar edib.
Lent.az xəbər verir ki, rayon sakini orta məktəbin 11-ci sinfində təhsil alan 17 yaşlı K. Q. yaşadığı evin çardağından özünü asaraq, həyatına son qoyub.
Məlumata görə, intihar sevgi məsələsinə görə olub. Belə ki, mərhumun istədiyi qız onu sevməyib. Onun bu səbəbdən özünü öldürdüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır, intiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.