Göyçayda qadın itkin düşüb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, Göyçay rayon sakini, 23 yaşlı Fatimə Mehdiyeva iyunun 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.
Sonuncu dəfə onun əynində qara rəngli don və ayaqqabı olub. Qadının boyu 165 sm, gözlərinin rəngi qəhvəyidir.
F.Mehdiyevanın harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinin (020)274-04-91 şəhər və 050-502-34-56 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.