Azərbaycanda bir ailənin üç üzvü qazdan zəhərləndi:  azyaşlı öldü
30 noyabr 2021 17:05 (UTC +04:00)

Azərbaycanda bir ailənin üç üzvü qazdan zəhərləndi: azyaşlı öldü

Zaqatalada bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə günorta saatlarında Zaqatala şəhəri, Nizami küçəsi 88 ünvanında baş verib. İlkin məlumata görə, həmin ünvanda kirayədə yaşayan rayonun Suvagil kənd sakinləri olan 33 yaşlı Lena Ramazan qızı Kərimova, onun iki övladı - 11 yaşlı Polad Eldəniz oğlu Məmmədov və 9 yaşlı Aylin Eldəniz qızı Məmmədova dəm qazından zəhərlənib.

Zəhərlənənlərdən Aylin Məmmədova hadisə yerində ölüb. L. Kərimova və  Məmmədov Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-stabil qiymətləndirilir.

# 2160
avatar

Oxşar yazılar