Azərbaycanda adam oğurlayan pakistanlı tutuldu - DTX-dan ƏMƏLİYYAT
15 mart 2024 12:09 (UTC +04:00)

Azərbaycanda adam oğurlayan pakistanlı tutuldu - DTX-dan ƏMƏLİYYAT

Azərbaycan ərazisində adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşı müəyyən edilərək saxlanılıb.

Bu barədə Lent.az-a Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu ilə məşğul olmalarına dair məlumat əldə edilib.

Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Pakistan vətəndaşı, 1992-ci il təvəllüdlü Ullah Naeem Xan Navvab digərləri ilə cinayət əlaqəsinə girib qabaqcadan sövdələşməklə, həmin ölkənin vətəndaşı Şeraz Muhammad Afzal Muhammadı Kanada dövlətinə getməsi üçün vizasının təsdiq edilməsi adı altında aldadaraq Azərbaycan Respublikasına gəlməsinə nail olub, mütəşəkkil cinayətkar dəstə üzvlərinin əvvəlcədən əldə etdikləri razılıq əsasında kirayəyə götürdükləri Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən evə aparıb, qollarını və ayaqlarını bağlayaraq orada saxlayıb və azad edilməsi müqabilində onun Pakistan İslam Respublikasında olan yaxın qohumlarından külli miqdarda pul vəsaiti tələb edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törədən şəxslər Qəbələ rayonunun Vəndam qəsəbəsindəki evdə cinayət başında saxlanılıb, Şeraz Muhammad Afzal Muhammad isə azad edilib.

Həbs olunmuş Ullah Naeem Xan Navvab və digərləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) maddələri ilə cinayət işi başlanıb.

# 5070
avatar

Oxşar yazılar

Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09