Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
Qeyd olunub ki, yanvarın 28-də saat 04:15-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran İslam Respublikası vətəndaşı 41 yaşlı Mollayı Meysən Allahbaxış saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.