Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının nədə təqsirli bilindiyi bəlli olub.
Lent.az xəbər verir ki o, 182.2.3 (Hədə-qorxu ilə tələb etmə,zor tətbiq etmə ilə törədildikdə) təqsirli bilinir.
Vəkili Aqil Layıc bildirib ki, Azər Qasımlı hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.
***
12:40
Barəsində olan müraciətlə əlaqədar Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.
Lent.az-ın DİN-in Mətbuat Xidmətinə sorğusuna cavab olaraq xəbər təsdiqlənib və bildirilib ki, o, yenidən araşdırmaya çağırılıb.
***
12:16
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, Azər Qasımlı bir neçə gün əvvəl Bakı şəhər Baş Polis İdarəsinə çağırılaraq şahid qismində dindirilmişdi.