Ayılar tualetə gedən kişini parçaladı
15 aprel 2025 13:12 (UTC +04:00)

Ayılar tualetə gedən kişini parçaladı

Hindistanın Racastan ştatında ayı yaşlı kişini öldürüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Toriya kəndində baş verib. 

Yerli sakin gecə saatlarında çöldəki tualetə gedib və yolda iki ayının hücumuna məruz qalıb.

Heyvanlar 75 yaşlı kişini yaxınlıqdakı tarlaya sürüyərək öldürüblər. Zərərçəkənin qohumları qışqırıq səsinə qaçaraq heyvanları qovublar. Ancaq kişi hadisə yerində dünyasını dəyişib.

Yerli sakinlərin dediyinə görə, ərazidə tüğyan edən irimiqyaslı yanğınlar səbəbindən vəhşi heyvanlar kəndə gəlməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1002

Oxşar yazılar