Əziz Hüseynov
01 oktyabr 2021 13:43 (UTC +04:00)

Əziz Hüseynov

Axtarışda olan dələduz saxlanıldı

Yevlaxda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə axtarışda olan Əziz Hüseynov saxlanılıb. Saxlanıldıqdan sonra Ə.Hüseynovun ətrafında aparılan araşdırma zamanı digər bir vətəndaşın 1000 manat pulunu dələduzluq yolu ilə mənimsədiyi də müəyyən edilib.

Onun analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər Ə.Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Yevlax rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2082
avatar

Mehman Nəbiyev

Oxşar yazılar