Maska reydi
19 avqust 2021 10:05 (UTC +04:00)

Maska reydi

Avtobus və marketlərdə maska reydi keçirildi - FOTO

Balakəndə ictimai nəqliyyatda və qapalı məkanlarda nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı bəzi vətəndaşların karantin rejiminin tələblərinə etinasız yanaşdığı aşkar edilib. Xüsusilə də sakinlərin daha çox getdikləri böyük super marketlərin və geyim mağazalarının girişində dezinfeksiyaedici vasitələrin yerləşdirilmədiyi, alıcı və satıcıların tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadə etmədiyi aşkarlanıb. Həmin şəxslərə qapalı məkanlarda sosial məsafənin gözlənilməsi,tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilib və xəbərdarlıq olunub. Edilən xəbərdarlıqlara məhəl qoymayanlar barəsində isə intizam tənbeh tədbirləri tətbiq edilib.

Həmçinin, ictimai nəqliyyatda – taksi və avtobuslarda tibbi maskalardan istifadə etməyən sərnişin və sürücülər, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər də müəyyən edilib,onlarla maarifləndirici söhbətlər aparılıb. Hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki,hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud tələbləri anlayışla qarşılamalıdır. Bütün bu tədbirlərin onların sağlamlığının qorunması məqsədilə həyata keçirildiyi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2714

Oxşar yazılar

Zaqatala-Qax sərhədlində zəlzələ oldu

Zaqatala-Qax sərhədlində zəlzələ oldu

27 iyul 2025 , 11:50
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29
Ağdamdakı qəzada yaralanan 5 nəfərin  kimliyi məlum oldu - YENİLƏNİB

Ağdamdakı qəzada yaralanan 5 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB

26 iyul 2025 , 22:06
Laçında ağır qəza, 3 ölü, 1 yaralı

Laçında ağır qəza, 3 ölü, 1 yaralı

26 iyul 2025 , 21:27
Ağdam və Füzulidəki yanğınlar  tam söndürüldü

Ağdam və Füzulidəki yanğınlar tam söndürüldü

26 iyul 2025 , 20:17