Avtobus uçuruma düşdü:  çox sayda ölən var
30 noyabr 2021 11:21 (UTC +04:00)

Avtobus uçuruma düşdü: çox sayda ölən var

Perunun şimal-şərqində mikroavtobus uçuruma düşüb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ən azı 10 nəfər həlak olub.

Avtomobil 300 metr hündürlükdən aşağı düşüb. Ölənlər arasında bir uşaq və iki həkim də var. Yeddi sərnişin yaralanıb. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Mikroavtobus Çaçapoyas yaşayış məntəqəsindən Moyobamba şəhərinə gedirmiş.

Polis hadisənin səbəblərini araşdırır.
 

# 1674
avatar

Oxşar yazılar