Astaranın dağlarında 15 hektar ərazi yanır
11 yanvar 2021 12:05 (UTC +04:00)

Astaranın dağlarında 15 hektar ərazi yanır

Yanvarın 10-da axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonunun Alaşa kəndi yaxınlığındakı  yanğınla bağlı məlumat daxil olub.

Lent.az nazirliyə istinadla bildirir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, 15 hektar sahədə quru ot və kol-kos yanır. Yanğının çətin keçilən mürəkkəb relyefli qayalıq ərazidə olması yanğınsöndürmə işlərini çətinləşdirir.

Yanğınsöndürmə işlərinin sürətləndirilməsi üçün Fövqəladə Hallar Nazirliyi əlavə qüvvələr cəlb edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da yanğının söndürülməsində iştirak edir. 

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1413
avatar

Mehman Nəbiyev

Oxşar yazılar