Astma xəstəliyindən qurtulmaq istəyirdi, 100 yaşlı nənəsini öldürdü
27 dekabr 2024 14:54 (UTC +04:00)

Astma xəstəliyindən qurtulmaq istəyirdi, 100 yaşlı nənəsini öldürdü

Rusiyanın Bryansk vilayətində ac qalan qadın təsadüfən 100 yaşlı nənəsini öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 46 yaşlı qadın astma xəstəliyindən xilas olmaq üçün yataqda konyak içərək, siqaret yandırıb. Sonra o, yuxuya gedib və söndürülməmiş siqaret səbəbindən mənzildə yanğın başlayıb.

Məlumata görə, qonşu otaqda olan qadının 100 yaşlı nənəsi tüstüdən zəhərlənərək ölüb.

Məhkəmədə hadisəni törədən şəxs günahını etiraf edib. O, yalnız xəstəxanada özünə gəldiyi üçün yanğını xatırlamadığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1332
avatar

Oxşar yazılar